AZ

Fransa polisi etirazçılara qarşı güc tətbiq edib

Bakı. Trend:

Fransanın Tarn kommunasında polislə yerli sakinlər arasındatoqquşma baş verib.

Trend-in“Figaro”ya istinadən verdiyi məlumata görə, sakinlər Tuluz-Kastravtomobil yolunun çəkilişinə etiraz olaraq inşaat texnikasına zərərvurub və polisə daş, Molotov kokteyli atıblar. Polis narazı kütləyəqarşı gözyaşardıcı qazdan istifadə edib və bir nəfərsaxlanılıb.

A69 Tuluz-Kastr avtomobil yolunun çəkilişi ekoloqlar və elmadamları arasında ciddi narazılıq yaradıb. Onların fikrincə, bu yoləkinəyararlı torpaqların və yaşıllıq zonalarının məhv olmasına,qrunt sularının səviyyəsinin aşağı düşməsinə və rütubət balansınınpozulmasına gətirib çıxaracaq.

Qeyd edək ki, əvvəlki aylarda da yol inşaatı ilə bağlıetirazçılarla polis arasında qarşıdurmalar baş verib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
8
az.trend.az

9Mənbələr