AZ

Laçının azad edilməsi tarixi Zəfər idi ŞƏRH

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını
demək olar ki, düşmənə təhvil verdi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti" arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.Bütün dünya da yaxşı bilir ki, Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük. Ölkə başçısının bildirdiyi kimi, iradə və cəsarətin təcəssümü olan anlar da yaşandı. Cari ilin 23aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd- buraxılış məntəqəsi qoyulmuşdur. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.Hər kəsə yaxşı məlumdur ki, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.Ölkə Başçısının, Ali Baş Komandan İlham Əliyevin siyasətinin, diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün mühakiməsiz hüquqi bazasını yaratdı. Və bununla da Ermənistanın tarixi müttəfiqləri tərəfindən müharibənin gedişinə müdaxilədən, təzyiqdən Azərbaycanı qoruyaraq hərbi və diplomatik qələbəyə nail ola bildi. Və heç kim bizi yolumuzdan döndərə, iradəmizə təsir edə bilməz. Ölkə başçısının dediyi kimi, “Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən Respublikanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi Laçın da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Bunu bütün dünyada, Ermənistanda da görürlər. Bir çox erməni jurnalistləri, bloggerləri, siyasətçiləri, sadə insanlar əsrin dörddə birində işğal altında olan, indi isə xalqımızın qəhrəmanlığı və zəhməti, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vətənimizin hər qarış məhəbbəti sayəsində gündən-günə çiçəklənən Qarabağın, Şərqi Zəngəzurun necə sürətlə canlandığını, dirçəldiyini görürlər.Ən əsası, Azərbaycan tarixi ədaləti bərpa edərək, tarixi torpaqlarını işğaldan azad etmişdir. Ləyaqətlə vuruşaraq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq suveren hüquqlarını müdafiə etmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə böyük quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlər öz tarixi və əbədi evlərinə qayıdır. Burada hər yaşdan, hər nəsildən olan insanlar var: yaşlı, orta və gənc nəslin nümayəndələri. Bu tarixi reallıqdır və hər kəs bunu qəbul etməli, nəzərə almalıdır. Prezident İlham Əliyevin dediyi kimi: “ Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.

Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya
təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
sesqazeti.az

10Mənbələr