AZ

Şəkidə şəhid və qazi övladları ilə görüş keçirildi - Fotolar

Şəkidə şəhid və qazilərin kiçik yaşlı övladlarına Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəb ləvazimatları və hədiyyələr təqdim olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhid və qazi övladları, onların valideynləri iştirtak ediblər.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb, uşaqları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra “YAŞAT” Fondu tərəfindən “Hədiyyə Karvanı” layihə çərçivəsində göndərilən hədiyyələr, həmçinin yerli iş adamının dəstəyi ilə əldə olunmuş məktəb ləvazimatları şəhid və qazi övladlarına təqdim olunub.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
23
qafqazinfo.az

10Mənbələr