Premyer-liqanın 2-ci turunda ''Mançester Siti'' debütant ''İpsviç''lə ev oyununda 4:1 hesablı inamlı qələbə qazandı.
“Football-plus.az” xəbər verir ki, Erlinq Holann yenə mükəmməl performans sərgiləyərək növbəti het-trikini rəsmiləşdirdi. Norveçli qoleador premyer-liqada het-triklərinin sayını 7-yə yüksəltdi. Bu göstəricidə o Luis Suaresi geridə qoydu və əfsanəvi Ueyn Runini yaxaladı. Xatırladaq ki, Holann İngiltərədə cəmi 3-cü mövsümünü keçirir. Het-trik sayına görə turnirin rekordçusu Serxio Aquerodu (12). Digər pillələrdə Alan Şirer (11), Robbi Fauler (9), Harri Keyn, Tyerri Anri və Maykl Ouen (hərəyə 8) qərarlaşıb.
Bundan başqa Holannın premyer-liqada hər rəqibin qapısına yol tapmaq seriyası da davam edir. ''İpsviç'' onun premyer-liqada qarşılaşdığı 23-cü komanda oldu. 24 yaşlı forvard bu komandaların hər birinə qol vurmağı bacarıb. Holannın indiyə qədər ''Siti''də 101 rəsmi oyunda 94 qol, 18 məhsuldar ötürmə ilə fərqləndiyini də bildirək.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta