AZ

Londonda karnaval kabusa çevrildi

Böyük Britaniyanın paytaxtı London şəhərində “Notting Hill”də (Afro-Karib dənizi mədəni karnavalı) 249 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, saxlanılanlar satış məqsədi ilə narkotik vasitələrin saxlanılması, təhlükəli silaha sahib olmaq, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücum, quldurluq və cinsi xarakterli cinayətlərdə şübhəli bilinirlər.

Karnaval zamanı 4 nəfər bıçaqlı hücuma məruz qalıb.

Tədbirdə təhlükəsizliyin təmin edilməsinə 7 minə yaxın polis əməkdaşı cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
publika.az

4Mənbələr