AZ

Xamenei: "Bu yazıq gənci Fransada saxlayıblar..."

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranın Ali Rəhbəri Əli Xamenei "Telegram" mesencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.
Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir.
"Kiberməkan yeni bir dünyadır. Bu gün virtual məkan artıq virtual hesab edilmir. O, insanların həyatında bir reallıqdır, hər gün inkişaf edir. Gördünüz ki, bu yazıq gənci (Pavel Durovu nəzərdə tutur - red.) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər", - deyə A.Xamenei bildirib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
358
50
oxu.az

10Mənbələr