AZ

Yankoviçlə Veşoviçin durumu necədir?

style='margin-bottom:10px;'>

"Qarabağ"ın baş məşqçi Qurban Qurbanov komandadakı zədəli oyunçuların durumu haqda danışıb:

QOL.az xəbər verir ki, o, Çempionlar Liqasının pleyoff mərhələsinin sabah "Dinamo" (Xorvatiya) ilə keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında bildirib ki, müdafiəçi Marko Veşoviçin oynaması mümkündür:

"Marko Veşoviçdə durum pis deyil. İki gün əvvəl komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməldiir. Sabah həkim nəzarətindən sonra ən azından 23-lükdə ola bilər. Marko Yankoviç isə fərdi məşq edir".

Xatırladaq ki, hər iki monteneqrolu oyunçu "Donamo" ilə səfər matçında zədələnmişdi.

Seçilən
146
6
teleqraf.com

7Mənbələr