AZ

Rusiyanın cəmi üç MiQ-31K (Kinjal) təyyarəsi qalıb

Rusiyanın Ukraynanı vura biləcək cəmi üç MiQ-31K təyyarəsi qalıb. Bu fikri aviasiya üzrə ekspert və analitik Konstantin Krivolap bildirib.

“Onlarda 3 MiQ-31K qalıb. Dünən “Kinjal”larla 3 zərbə olub ki, bu da onların 3 MiQ-31K-nın qaldığını göstərir. Savasleyka aerodromuna iki zərbəmiz nəticə verib və ola bilsin ki, orada təmir edilə bilən bəzi digər MIG-31K-lar qalıb. Lakin hazırda onların üç “Kinjal”ı var”, -deyə o, “Kiyev24” telekanalında vurğulayıb.

Ekspert qeyd edib ki, “Patriot” və ya SAMP/T sistemləri olmayan yerdə ballistikanı vurmaq mümkün deyil. O, F-16-ların bu işdə kömək edəcəyini də eşidib, amma belə deyil. “Dünyada belə bir təyyarə, ballistik raketləri məhv edə biləcək bir raket yoxdur. Vəssalam. Əgər bizdə “Patriot”, SAMP/T varsa, “kİnjal”ları və “İskəndər-M”i və bütün digər ballistikləri vura bilərik. Yoxdursa yalnız təsadüfi uğurlardan danışmaq olar- Krivpolap bildirib.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
95
22
editor.az

10Mənbələr