AZ

"ATEF Şirkətlər Qrupu" işçilər axtarır - MAAŞ 600-800-1200-1500 MANAT - VAKANSİYALAR

ATEF Şirkətlər Qrupu

Təcrübəçi mühəndis-mexanik

 Son tarix 27 sen 2024 [email protected]

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis- mexanik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.
Şirkət:  “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: 600-800 AZN
İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;
  • Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;
  • Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;
  • Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;

Tələblər:

  • Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Azərbaycan, rus və ingilis dillərini (təlimlər ingilis dilində olacaq) blməli;
  • AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;
  • Analitik düşüncə tərzi;
  • Yeni lahiyələrdə iştrak etmək bacarığı;
  • Təzyiq altında işləmə bacarığı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;
  • QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik”  mövzu bölməsində göstərin.

 

Təcrübəçi mühəndis-elektrik

 Son tarix 27 sen 2024 [email protected]

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis- elektrik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.
Şirkət:  “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 600-800 AZN
İş şəraiti

  • 5 günlük iş həftəsi
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
  • Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
  • Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili,

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-elektrik”  Mövzu bölməsində göstərin.

 

İşə Qəbul üzrə Mütəxəssis

 Son tarix 27 sen 2024 - [email protected]

Şirkət:  “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri:  Bakı şəhəri
Əmək haqqı: 1200-1500 AZN
İş şəraiti

  • Tam sosial təminat (məzuniyyət və s.)
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

  • Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 
  • Kadr bazasının hazırlanması və yenilənməsi;
  • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
  • İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
  • Sınaq müddəti təyin edilməsi və izlənməsi;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Tələblər:

  • Ali təhsilli,
  • Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
  • Azərbaycan dili səlist, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti; 
  • Ezamiyyə imkanları; 
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması; 
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.

 

 

Seçilən
98
fed.az

1Mənbələr