ATEF Şirkətlər Qrupu
Təcrübəçi mühəndis-mexanik
Son tarix 27 sen 2024 [email protected]
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis- mexanik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Əmək haqqı: 600-800 AZN
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Müştərinin istəyinə və müəyyən etdiyi son tarixə qədər güc transformatorların layihə sxemlərini hazırlamaq;
- Transformator hissələrinin sxemini və 3D modellərini yaratmaq üçün xüsusi proqram təminatından istifadə etmək;
- Dizayn keyfiyyətini artırmaq, problemlərin vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə əməkdaşlıq etmək;
- Mövcud mühəndislik qeydlərinin hesabatını aparmaq;
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək;
Tələblər:
- Ali təhsilli (Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi);
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Azərbaycan, rus və ingilis dillərini (təlimlər ingilis dilində olacaq) blməli;
- AutoCAD və 3D proqram təminatını və Autodesk/SolidWorks, Microsoft Office proqramlarını bilməli;
- Analitik düşüncə tərzi;
- Yeni lahiyələrdə iştrak etmək bacarığı;
- Təzyiq altında işləmə bacarığı;
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
- Layihə sənədlərinin vahid sistemi (ЕСКД) əsas tələblərini bilmək;
- QOST, EN, IEC və digər normativ texniki sənədlərdən (texniki şərt, texniki tapşırıq) istifadə etmək bacarığı;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
- Yeni məhsulların istehsal və sınaqdan keçirməyi bacarığı;
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-mexanik” mövzu bölməsində göstərin.
Təcrübəçi mühəndis-elektrik
Son tarix 27 sen 2024 [email protected]
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
ATEF Şirkətlər Qrupu öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmaqda maraqlı olan, komandada işləməyi bacaran gənc mütəxəssislər üçün “mühəndis- elektrik” vəzifəsi üzrə təcrübə proqramı elan edir. Seçilən namizədlər 3 aylıq təlim proqramına cəlb ediləcək. Təlimlər başa çatdıqdan sonra namizədlər imtahan ediləcək. İmtahandan yüksək nəticə əldə edən namizədlər üçün karyera planı hazırlanacaq.
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,
Əmək haqqı: 600-800 AZN
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Tələblər:
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
- Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
- Azərbaycan, rus, ingilis (təlimlər ingilis dilində olacaq) və türk dili,
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Təcrübəçi mühəndis-elektrik” Mövzu bölməsində göstərin.
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 27 sen 2024 - [email protected]
Şirkət: “ATEF ŞİRKƏTLƏR QRUPU” MMC
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1200-1500 AZN
İş şəraiti
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
- Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
- Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
- Kadr bazasının hazırlanması və yenilənməsi;
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
- İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
- Sınaq müddəti təyin edilməsi və izlənməsi;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Tələblər:
- Ali təhsilli,
- Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
- Azərbaycan dili səlist, ingilis və rus dillərini bilməsi arzuolunandır;
- Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.