AZ

Türkiyənin hava limanlarında sərnişin axını ilin sonuna kimi 230 milyon nəfəri keçəcək

Türkiyənin

Ankara, 28 avqust, AZƏRTAC

Türkiyənin hava limanlarında sərnişin axını ilin sonuna kimi 230 milyon nəfəri keçəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Trabzon vilayətinə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, müasir Türkiyə mülki aviasiya sahəsində ən geniş kommunikasiya şəbəkələrindən birinə malikdir. “Ölkədə aktiv fəaliyyət göstərən hava limanlarının sayı 58-ə çatıb. Aviaşirkətlərimiz dünyanın 131 ölkəsinin 346 hava limanına uçuşlar təşkil edir”, - deyə nazir vurğulayıb.

Uraloğlu qeyd edib ki, təkcə bu il yanvarın 1-dən iyulun 31-dək olan dövrdə Türkiyə hava limanlarında sərnişinlərin sayı 129 milyon 738 min nəfərə çatıb, hərçənd ötən ilin eyni dövründə bu rəqəm 118 milyon sərnişin təşkil edib.

Nazir hava səyahətinin artan cəlbediciliyinə və Türkiyənin coğrafi üstünlüklərinə diqqət çəkib.

“Türkiyədən cəmi 4 saatlıq uçuşda ümumilikdə 1,4 milyard əhalisi olan 67 ölkə var. Getdikcə daha çox insan hava nəqliyyatından istifadə edir və bu, aviaşirkətlər üçün əhəmiyyətli stimuldur”, - deyə Uraloğlu bildirib.

O, nəqliyyat və infrastruktur sahəsini müasir Türkiyənin inkişafı üçün “zəmanət” adlandırıb.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
azertag.az

10Mənbələr