AZ

Paşinyan iqtidarda olandan Azərbaycanla sərhəd mərzlərdə əhalinin sayı 40 min nəfər azalıb...

“Son 5 ildə Ermənistanın üç sərhəd mərzinin(vilayət-S.L.) - Geqarkunik, Tavuş və Sünikin əhalisi təxminən 40 min nəfər azalıb. Statistika komitəsinin son hesabatında deyilir ki, həm kəndlər, həm də şəhərlər boşaldılır. Məyusluq, gələcəyə inamsızlıq, təhlükəsizlik, sosial problemlər... Sakinlər boş qalan qəsəbələrdə tanışlarının, dostlarının evlərini tərk etmək qərarlarını belə izah edirlər”.
 
Moderator.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) bildirir.
 
“ “Müharibədən sonra çoxları məyus olub gedib” deyən sakinlər “Gündəlik ərzaq qıtlığı var” deyirlər.
 
Statistika komitəsinin məlumatına görə, 2019-cu ilin yayında Geqarkunikdə 230 minə yaxın insan yaşayıb. Epidemiya, 44 günlük müharibə və ardınca Ermənistan-Azərbaycan sərhəddində baş verən toqquşmalar öz izlərini qoyub: rayonun əhalisi 13 min nəfər azalıb”, -deyə nəşr davam edir.
 
Sevanlı(Göyçə-S.L.) yerli sakinlər qeyd edir ki, gənclərin əksəriyyəti əsasən İrəvanda yaşayır. - “Çünki burada Sevanda o qədər iş yeri yoxdur, bir dənə də olsun dövlət müəssisəsi yoxdur”.
 
Rəsmi statistikaya görə, Geqarkunik Ermənistanın ən kasıb mərzlərindən biridir, hər üç nəfər yoxsulluq içində yaşayır, mərz son dərəcə yoxsulların sayında ən pis göstəriciyə malikdir. Əhalinin təxminən 5 faizi hər gün 1000 dram belə xərcləyə bilmir. İş tapsalar belə, rayon sakinləri Ermənistanda ən aşağı maaş alırlar, vergilərdən sonra orta hesabla 100 min dram, ölkə üzrə isə 200 min dramı keçir.
 
“Pul yoxdur, yoxsulluqdur, rəhbərlik heç nəyə nəzarət etmədiyi vəziyyət getdikcə pisləşir”, - deyə başqa rayon sakini bildirib”- “Azatutyun” belə yazır.
 
Məlumata görə, 2019-cu ildə  Zəngəzuru əhatə edən Sünik mərzində 140 minə yaxın insan yaşayırdısa, indi əhalinin sayı 120 minə çatmır.
 
“Gənclər iş dalınca Kacarana, Qafana, İrəvana köçürlər, kim harda tikiş tutursa orada da yaşayır”, - deyə yerli sakinlər bildirir.
 
Məlumatda deyilir ki, hakimiyyətin sərhədyanı rayonlara köçmək planları fonunda bu mərzlərin əhalisi azalır. Qarabağdan köçmüş on minlərlə erməninin mərzlərdə məskunlaşdırılması planına paralel olaraq, icra hakimiyyəti sərhəd yaşayış məntəqələrində ev tikmək planını fəal şəkildə təbliğ edir. “Bununla belə, Geqarkunik və Sünik əhalisinin statistikası sübut edir ki, planlar vətəndaşlarda etimad yaratmır”, -deyə nəşr vurğulayır.

 

S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
18
moderator.az

10Mənbələr