AZ

İran prezidenti: "Millət vəkili olanda xaricə səfərlər zamanı boş-boş gəzirdik"

İran Prezidenti Məsud Pezeşkian ölkənin xarici işlər naziri Abbas Əraqçının rəsmi şəkildə vəzifəsinin icrasına başlaması mərasimində millət vəkili olarkən xaricə səfərləri zamanı gülünc gerçəkləri səmimi və dürüst şəkildə etiraf edib.

Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Mən millət vəkili olarkən İran parlamentinin dostluq qrupları bizi başqa ölkələrə səfərə göndərirdilər. Bizi xaricə göndərən parlament rəsmisindən soruşurduq ki, orada nə etməliyik? Yəni hakimiyyət məndən rəsmi nümayəndə kimi nə etməyimi istəyir? Xaricə yollanarkən nə etməliyəm? İqtisadi, mədəni münasibətlərdə bir nəticə əldə etməliyik? Vallah, həmin rəsmidən heç bir cavab ala bilmirdik. Səfərə gedib boş-boş dolanıb, geri qayıdırdıq, heç nə etmirdik", - deyə Məsud Pezeşkian gülərək əlavə edib.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
oxu.az

2Mənbələr