AZ

Şəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzinə səfər ediblər (FOTO)

Bakı. Trend:

Azərkosmosun “K.O.S.M.İ.K. Akademiya”sının təşkilatçılığı iləşəhid və qazi ailələrinin övladları Türkiyənin Gökmən Kosmik vəAviasiya Təhsil Mərkəzinə səfər ediblər.

Trend xəbər verir ki, layihənin məqsədi məktəbliləritexnologiya, innovasiya, elm və sahibkarlıq sahəsinəhəvəsləndirmək, onların bu istiqamətdə bilik və bacarıqlarınıinkişaf etdirməkdir.

Proqram çərçivəsində məktəblilərmüxtəlif simulyatorlara daxilolaraq aerodinamik testlər və jet mühərriklərininprinsipləri ilətanış olublar. Həmçinin, “Pilot Yumurtasını Qoru” adlı yaradıcıvörkşopda iştirak edərək problem həlletməbacarıqlarınıtəkmilləşdiriblər. Eləcə də, raketlərin prinsipləri vəmikroqravitasiya şəraitində maye dinamikası mövzuları əhatəedilməklə kosmos mühitində iş, Beynəlxalq Kosmik Stansiya (ISS) və“Dragon” kapsulu haqqında ətraflı məlumat əldə ediblər.

Məktəblilər “Docking” simulyatoru vasitəsilə kosmikəməliyyatların real simulyasiyasında iştirak edib, astronavtmenyularının hazırlanması üzrə təcrübə keçməklə VR mikroqravitasiyasimulyatoru vasitəsilə real kosmos şəraitini sınaqdankeçiriblər.

Səfər çərçivəsində məktəblilər robot qol təlimləri, ilkin tibbiyardım, diş dolğusu və astronavt alət dəsti ilə alətlərin yığılmasıpraktik seminarında iştirak ediblər. Eyni zamanda GeneLab və birçox simulyatorlarla tanış olmaqla kosmik missiyaların texnikitərəflərini dərindən öyrəniblər.

Səfərin irəliləyən günlərində məktəblilər kosmik kostyumlarlaincə motor bacarıqları məşqlərinə cəlb edilib və onlara tərəvəzistehsalı sistemləri və Türkiyənin ilk insanlı kosmik missiyasıhaqqında məlumatlar təqdim edilib.

Qeyd edək ki, səfərAzərkosmos, Azərbaycan Hava Yolları (AZAL),Türk Dövlətləri Təşkilatı (TDT), Türkiyə Kosmik Agentliyi (TUA),Bursa Şəhər Bələdiyyəsi vəGökmən Kosmik və Aviasiya TəhsilMərkəzinin (GUHEM) təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Şəhid
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
15
az.trend.az

10Mənbələr