AZ

Britaniya COP29-da əlavə öhdəliklər götürməyi nəzərdən keçirir

Britaniya

London, 30 avqust, AZƏRTAC

Böyük Britaniya hökuməti BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da istixana qazları emissiyalarının azaldılması ilə bağlı əlavə öhdəliklər götürməyi nəzərdən keçirir.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, bu planın qlobal emissiyaların azaldılmasına kömək olacağı və digər ölkələri də eyni addımı atmağa təşviq edəcəyinə ümid edilir.

Bildirilib ki, Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband yeni hədəfi əvvəlcədən elan etməyi planlaşdırır və Baş nazir Keir Starmer də Böyük Britaniyanın iqlim müzakirələrində beynəlxalq səhnədə lider mövqeyinə yüksəlməsində maraqlıdır.

Keir Starmer müxalifətin lideri olduğu vaxt COP28-də iştirak edib. O, noyabrda Azərbaycanda keçiriləcək COP29-a dəvət olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
8
azertag.az

10Mənbələr