AZ

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkməmüəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısıalınıb.

Trend xəbər verir ki, bubarədə PX-dən bildirilib.

Məlumata görə, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmişanasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qrammüxtəlif növ psixotrop maddələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılır.

Seçilən
53
13
az.trend.az

10Mənbələr