AZ

Pakistan MSK-nın nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Bakı. Trend:

Avqustun 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri MəzahirPənahov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləriniizləmək üçün Azərbaycanda səfərdə olan Pakistan müşahidəmissiyasının rəhbəri, Pakistan Mərkəzi Seçki Komissiyasının sədriSultan Mohammadın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Trend xəbər verir ki,Azərbaycanla Pakistan arasındakı sıx dostluq və stratejitərəfdaşlıq əlaqələrindən danışan MSK sədri nümayəndə heyətinisentyabrın 1-də keçiriləcək seçki prosesinə hazırlıqla bağlıətraflı məlumatlandırıb.

Azərbaycanda hazırda səsvermə hüququna malik 6 milyondan çoxseçicinin olduğunu bildirən M.Pənahov seçkilərdə 990 namizədinmübarizə apardığını deyib.

Ölkə üzrə ümumilikdə 6 mindən çox seçki məntəqəsinin fəaliyyətgöstərdiyini diqqətə çatdıran MSK sədri 54 seçki məntəqəsininişğaldan azad edilmiş ərazilərdə yerləşdiyini bildirib. Parlamentseçkilərinin xalqımız üçün əlamətdar olduğunu vurğulayan M.PənahovMilli Məclisə seçkilərin 30 ildən sonra ilk dəfə Azərbaycanın bütünərazilərində keçiriləcəyini bildirib.

Diqqətə çatdırılıb ki, seçkilərə hazırlıq Azərbaycan SeçkiMəcəlləsinin tələblərinə uyğun aparılıb, seçicilərin rahat səs verəbilmələri üçün hərtərəfli şərait yaradılıb.

Pakistanın Azərbaycana dost ölkə olduğunu, ölkəmizin ərazibütövlüyü məsələsində rəsmi İslamabada hər zaman dəstəkgöstərdiyini vurğulayan Sultan Mohammad deyib: “Qardaş ölkəAzərbaycan əlamətdar gün, növbədənkənar parlament seçkiləriərəfəsindədir. Əminik ki, bu seçkilər də ölkənin Seçki Məcəlləsinətam uyğun şəkildə, şəffaf və ədalətli keçəcək”.

Pakistan Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycandanövbədənkənar parlament seçkilərinə hazırlığın yüksək səviyyədətəşkil edildiyini və seçki qanunvericiliyinin beynəlxalqstandartlara uyğun olduğunu da diqqətə çatdırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
16
az.trend.az

10Mənbələr