AZ

İsrail ordusu HƏMAS-ın səhra komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində keçirilən əməliyyat zamanı hərbçilərin Fələstinin Cenin şəhəri yaxınlığında HƏMAS hərəkatının səhra komandiri Vassem Hazemi öldürdüyünü açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri Hazemi ərazidəki yolların birində onu müşayiət edən maşında zərərsizləşdiriblər. Qısa müddətdən sonra Hazemlə avtomobildə olan daha iki HƏMAS yaraqlısı hava zərbəsi nəticəsində öldürülüb.
Mətbuat xidməti qeyd edib ki, Hazem təşkilatı daxilində atəşlərə və hücumlara rəhbərlik edib.
“IDF hərbçiləri arasında xəsarət alan olmayıb”, - mətbuat xidməti əlavə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
17
yeniavaz.com

10Mənbələr