AZ

Hərbi Hava Qüvvələrinin desant və praktiki paraşüt tullanışlarından görüntülər (VİDEO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin(HHQ) bölmələri ilə hava desant və praktiki paraşüt tullanışlarıüzrə məşqlər keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşqlər zamanı paraşüt-desant vəaxtarış-xilasetmə xidmətinin mütəxəssisləri, eləcə də, uçuş heyətitərəfindən praktiki paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlaricra olunur.

Həmçinin təyin olunmuş nöqtəyə havadan yüklərin atılması üzrəfəaliyyətlər də yerinə yetirilir.

Əsas diqqətin hərbi qulluqçuların paraşüt tullanışlarıvərdişlərinin təkmilləşdirilməsi, eləcə də onların döyüş və xüsusihazırlıq səviyyəsinin daha da artırılmasına yönəldildiyi məşqlərdəşəxsi heyət qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqlayerinə yetirirlər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
34
az.trend.az

10Mənbələr