AZ

Sırskinin Kursk əməliyyatı təkcə rusları deyil, həm də öz zabitlərini şoka salıb - “WSJ“

Ukrayna ordusunun baş komandanı Aleksandr Sırskinin Rusiya Federasiyasının Kursk vilayətinə hücum planı nəinki rusları, həm də öz qoşunlarını təəccübləndirib.

News365.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb. Qeyd edilib ki, iyulun sonlarında Sırskı gizli görüş üçün yüksək səviyyəli zabitləri toplayıb və burada ölkənin hərbi səylərini canlandırmaq üçün cəsarətli planını açıqlayıb. General bildirib ki, Ukrayna ordusu İkinci Dünya Müharibəsindən sonra Rusiyaya ilk genişmiqyaslı işğala başlamaqla "Moskva ilə rollarını dəyişəcək".

Toplantıda iştirak edənlərdən biri, 61-ci Mexanikləşdirilmiş Briqadanın qərargah rəisi deyi ki, onun bu plana ilk reaksiyası şoka düşməklə olub: "Avqustun 6-da Ukrayna Silahlı Qüvvələri zəif şəkildə qurulmuş sərhəd müdafiəsini dəf edərək Kursk vilayətində 100-ə yaxın şəhər və kəndi qısa müddətdə ələ keçirəndə bu əməliyyat Rusiyanı heyrətə gətirib. İşğal Vladimir Putini biyabırçı vəziyyətə salıb. Bu, bir illik amansız müdafiədən qurulan müharibədən sonra Ukraynada əhval-ruhiyyəni artırdı. Həmçinin, əməliyyat ABŞ-yə və digər tərəfdarlara ukraynalıların hələ də döyüşməyə qadir olduğunu göstərdi".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
50
news365.az

10Mənbələr