Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı davam edir.
Tribunainfo.az xəbər verir ki, növbəti günündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.
Onlardan 73 kq çəki dərəcəsində mübarizə aparan Cəsur İbadlı bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
81 kq-da yarışan Mehdi Abbasov isə 1/8 finalda İlya Simonova (AİN) uduzub. Onun rəqibi finala yüksəldiyindən Mehdi təsəlliverici döyüşə qatılıb. Litvalı Tajus Babayçenkoya qalib gələn Abbasov bürünc görüşünə çıxıb. O, Kenzo Kremersə (Belçika) qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Əli Qazımmmədov isə ilk görüşdə Jatin Jatinə (Hindistan) qalib gəlsə də, növbəti döyüşdə mübarzəni dayandırıb. O, belçikalı Kenzo Kremersə uduzub.
Qeyd edək ki, dünya çempionatına Nihad Məmişov (55 kq) qızıl, Məhəmmədəli Hüsiyev (50 kq) isə bürünc medal qazanıb.