AZ

Konstitusiya Məhkəməsində MDB PA-nın müşahidəçiləri ilə görüş keçirilib

Avqustun 31-də Konstitusiya Məhkəməsində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara seçki prosesində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir.

Sədr, həmçinin görüş iştirakçılarına Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkiləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Prezidentinin sorğusu əsasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı bəhs olunub.

Seçilən
51
16
azpolitika.info

5Mənbələr