AZ

Paşinyan: "Rusiya regional marşrutların açılmasında vasitəçilik edə bilməz"

"Rusiya Cənubi Qafqazda regional kommunikasiyaların açılması məsələsində vasitəçi ola bilməz".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı bildirib.

"Nəqliyyat kommunikasiyalarının açılması məsələsində Ermənistanı bu məsələdə təxribatda ittiham edən ölkənin vasitəçi kimi çıxış etməsini necə təsəvvür edirsiniz? Bu qurum artıq bu bəyanatla özünü hər hansı vasitəçilikdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi bir tərəfi, üstəlik də heç bir əsası olmadan ittiham etsin?" - deyə Paşinyan bildirib.

Xatırladaq ki, avqustun 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda bəyan edib ki, Ermənistanın Sünik bölgəsi (Zəngəzur - red.) vasitəsilə kommunikasiyaların bağlanması ilə bağlı sazişi sabotaj edən məhz İrəvandır, Moskva isə tezliklə Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi mövqeyindən çıxış edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
39
12
milli.az

10Mənbələr