AZ

Vuçiç Serbiyanın onilliyin sonuna qədər Aİ-yə üzv ola bilməyəcəyini bildirib

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin 2030-cu ildən əvvəl Aİ-yə üzv olacağına inanmadığını bildirib.

APA xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç Praqada keçirilən “Globsec” təhlükəsizlik konfransının panelində deyib.

“2028-ci ildə Avropa İttifaqının bir hissəsi olacağımıza inanmıram. Bu baş verməyəcək. Mən xalqıma yalan danışmıram. Bu, 2030-cu ildən əvvəl baş verə bilməz. Mənim qiymətləndirməm belədir", - deyə Vuçiç qeyd edib.

Eyni paneldə çıxış edən Monteneqronun Prezidenti Yakov Milatoviç isə ölkəsinin 2028-ci ilə qədər Aİ-yə üzv olacağına ümid etdiyini deyib.

"Biz son mərhələyə gəlmək istərdik və indi məqsəd 2028-ci ildə Aİ-nin 28-ci üzvü olmaqdır. Bu, iddialı bir məqsəddir, lakin mən çox ümid edirəm ki, real məqsəd olacaq", - deyə Milatoviç bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
9
azpolitika.info

10Mənbələr