AZ

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə - 2 protokol

Dövlət Gömrük Komitəsi (DGK) və "Araz Supermarket" MMC arasında məhkəmə çəkişməsi davam edir.

 

Pravda.az-ın xəbərinə görə, DGK mağazalar şəbəkəsinə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən 2 protokol tərtib edib.

 

Hər iki sənəd Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır. Protokolun birinə sentyabrın 4-də, digərinə isə sentyabrın 6-da baxılacaq.

 

Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.

 

Xəyal Quliyev

Tarix: 31 Avqust 2024, 20:18   
Seçilən
119
19
pravda.az

10Mənbələr