AZ

Zaqatalada iki maşın TOQQUŞDU: 5 yaralı- FOTO

Zaqatalada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı və “BMW” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Hazırda yaralılara yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
8
avtosfer.az

7Mənbələr