AZ

ABŞ-da avtobus qəzasında 7 nəfər öldü, 40-a yaxın insanYARALANDI

ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə NBC televiziyası xəbər yayıb.

Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan şərqdə şosedən çıxaraq aşıb.

Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Məlumata görə, qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
redaktor.az

10Mənbələr