"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix Çempionlar Liqasının yeni formatının püşkatma mərasimini şərh edib.
Sportinfo.az xəbər verir ki, UEFA-ya danışan almaniyalı futbolçu komandasının rəqibləri olan PSJ, “Barselona”, “Benfika”, “Şaxtyor”, “Dinamo”(Zaqreb), “Feyenoord”, “Slovan”, “Aston Villa” haqda da ümumi fikir bildirib:
“Müəyyən komandalar var ki, biz onlarla çox tez-tez oynamamışıq. İlk növbədə, Hansi Flik və "Barselona" ilə yenidən qarşılaşmağı,
həmçinin parislilərə qarşı oyunu səbirsizliklə gözləyirəm. Formal olaraq mənim üçün bunlar ən güclü iki rəqibdir.
Hərçənd ki, digər klubların heç birini də qiymətləndirməmək olmaz. Məqsədimiz birbaşa 1/8 finala vəsiqə qazanmaqdır.
Bizim meydanımızda keçiriləcək maydakı finaldan necə imtina edə bilərik?”.