"Trabzonspor" baş məşqçi Abdullah Avcı ilə yollarını ayırıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Super Liqa klubu bu barədə KAP-a bildirib.
Klubdan verilən açıqlamada Abdulla Avcının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.
Razılaşmaya görə, Avcı müqavilə çərçivəsində alacaqlarının yarısından imtina edib.
61 yaşlı mütəxəssis 2020/21 və 2023/24 mövsümlərində Qara dəniz təmsilçisini çalışdırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun