EN

"Trabzonspor" Abdullah Avcını İSTEFAYA GÖNDƏRDİ

"Trabzonspor" baş məşqçi Abdullah Avcı ilə yollarını ayırıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Super Liqa klubu bu barədə KAP-a bildirib.

Klubdan verilən açıqlamada Abdulla Avcının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.

Razılaşmaya görə, Avcı müqavilə çərçivəsində alacaqlarının yarısından imtina edib.

61 yaşlı mütəxəssis 2020/21 və 2023/24 mövsümlərində Qara dəniz təmsilçisini çalışdırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
90
4
milli.az

10Sources