AZ

“Bu komanda ora ancaq kuboku gətirməyə gedir”

“Avropa çempionatından gəldikdən sonra bir az istirahət etdik. Ondan sonra komanda şəklində toplandıq. Blirdik ki, bizi Çempionlar Liqası gözləyir. Bir aydır, ay-yarımdır ki, çox yaxşı hazırlaşırıq. Keçən mövsüm də istədiyimiz nəticəni əldə etdik”.

Bu sözləri idmanxeber.az saytına açıqlamasında “Birbaşa Bakı” minifutbol klubunun üzvü Təmkin Xəlilzadə deyib:

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq paytaxt klubunun oyunçusu komandanın durumundan söz açıb:

“Baxanda, hiss olunur ki, uşaqlar daha da yaxşı formadadır. Hamı dərk edir ki, hara gedirik, Azərbaycanı təmsil edirik. Ən yaxşı şəkildə təmsil etməyə çalışırıq. Məşqlərimiz öz qaydasında idi. İki günə dörd yoxlama görüşü oynadıq. İşlədiyimiz taktikaları təcrübədən keçirdik. Ümidlərimiz çoxdur. Bu komanda ora ancaq kuboku gətirməyə gedir

Avropa çempionatından gəldikdən sonra bir az istirahət etdik. Ondan sonra komanda şəklində toplandıq. Blirdik ki, bizi Çempionlar Liqası gözləyir. Bir aydır, ay-yarımdır ki, çox yaxşı hazırlaşırıq. Keçən mövsüm də istədiyimiz nəticəni əldə etdik”.

Bu sözləri idmanxeber.az saytına açıqlamasında “Birbaşa Bakı” minifutbol klubunun üzvü Təmkin Xəlilzadə deyib:

Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq paytaxt klubunun oyunçusu komandanın durumundan söz açıb:

“Baxanda, hiss olunur ki, uşaqlar daha da yaxşı formadadır. Hamı dərk edir ki, hara gedirik, Azərbaycanı təmsil edirik. Ən yaxşı şəkildə təmsil etməyə çalışırıq. Məşqlərimiz öz qaydasında idi. İki günə dörd yoxlama görüşü oynadıq. İşlədiyimiz taktikaları təcrübədən keçirdik. Ümidlərimiz çoxdur. Bu komanda ora ancaq kuboku gətirməyə gedir. Yaxşı komandamız var”.

Təmkin “Birbaşa Bakı”nın ÇL-nın E qrupunda yer alan rəqiblərini dəyərləndirib:

“Bu futbolu iki ildir ki, oynayıram. Rəqibləri yeni-yeni tanımağa başlayıram. Rumıniyadakı ötən il ÇL-dəki oyunlarda iştirak etdim. Uşaqlarla öz aramızda danışırıq. Oradakı komandaların səviyyələrinə baxanda, bizdə olan potensiallı uşaqlar oradakı komandaların çoxunda yoxdur. Var, 1-2 nəfər. Amma bizdə kollektivdə çox yaxşı uşaqlar var. Çox yaxşı baş məşqçimiz var, bu futbolu çox yaxşı bilir. Ondan hər gün yeni bir şey öyrənirik, bizdən nə istədiyini bilirik. Biz də bacardığımız qədər onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Əgər onun dediklərini yerinə yetirə bilsək, inanmıram, orada hansısa komanda bizi məyus etsin”.

Xəlilzadə çempion olacaqları halda, komandanın rəhbərlik tərəfindən mükafatlandırılacağını vurğulayıb:

“Böyük futbol oynamışam. Orada heç bu qədər komandaya bu qədər diqqət yetirən, canfəşanlıq edən az görmüşük. O insanlardan biri də bizim rəhbərlərdir. Komanda üçün hər şeyi edirlər. Pul haqda danışmamışıq. Bilirik ki, danışmağa ehtiyac yoxdur. Çempion olsaq, necə olacağını onsuz da bilirik”.

“Böyük futbolda da avrokuboklar oynamısan, həyəcan varmı?” sualını belə cavablandırıb:

“Mən ötən mövsüm də minifutbolda ÇL-da oynadım. Birinci turnirim deyil, keçən il Rumıniyaya getdik. 1/4 finalda uduzduq. Burada oyunların necə olduğunu səbrsizliklə gözləyirdim. Çox maraqlı idi. Heyf ki, titulsuz qayıtdıq. Amma mənim üçün təcrübə oldu. Sonra Avropa və dünya çempionatında oynadım. Həyəcan olmadı. Mənim xarakterimi meydanda görmüsüz, meydana çıxıramsa, uduzmağı sevmirəm. Uşaqla da meydana çıxsam, qələbə üçün canımı qoyacam. Hazırlaşırıq, görək necə olacaq”.

“Birbaşa Bakı” ÇL-nın E qrupunda “Brno” (Çexiya), “Livorno” (İtaliya) və “Malaqa” (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

. Yaxşı komandamız var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
idmanxeber.az

10Mənbələr