AZ

Seçki məntəqələrinin hamısı Azərbaycan Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib - Sergey Xomenko

Bakı. Trend:

Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyalarınnümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilərləünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinəseçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşınınüzərinə düşən məsuliyyəti dərk edərək, bu günü xalqın iradəsininsəmimi ifadəsi günü kimi gözləyirdi.

Trend xəbər verir ki, bunu Belarus Respublikası Milli MəclisiRespublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

“Bu məsuliyyət dərəcəsi kontekstində hər kəs deyirdi ki,Azərbaycanın əsl vətənpərvərləri parlamentdə təmsil olunmalıdır.Çox rəmzidir ki, biz indi hərbi əməliyyatlardan sonra bərpa olunanərazidəyik. Qarabağ torpağında olan tərəqqi göz qabağındadır. Bizhazırda gözəl məktəb binasındayıq, axı təhsil ocağı respublikanıngələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlardövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqıniradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaq.

Biz təşkilatçılığın perspektivli dərəcəsini görürük. Başçəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinəuyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib.Bakıdan Füzuliyə qədər bütün yolboyu insanların bayraməhvali-ruhiyyəsini, istənilən dövlətdə seçki günü hökm sürməsilazım olan nizam-intizamı müşahidə etdik”, - deyə S.Xomenkovurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırışMilli Məclisin buraxılması və Milli Məclisə növbədənkənarseçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamlaaltıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nənövbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşıtamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var.Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçkiməntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyətgöstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-üisə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkünməntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səsverəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcəkseçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlıqadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll"keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdankeçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, VətəndaşlarınƏmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (AmerikaBirləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlarİctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) iləbirgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləriniizləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib.Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həminmüşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindənirəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasipartiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsindəsəsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan,birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kameraquraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınanseçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələridaşınan seçki qutusu ilə təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
46
az.trend.az

10Mənbələr