AZ

MSK sədri: Daxil olan müraciətlər şəffaf şəkildə araşdırılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasına rəsmi heç bir müraciət daxil olmayıb.

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov qeyd edib ki, MSK-nın “Qaynar xətti”nə zənglər olub, onlar informativ xarakter daşıyır: “Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
8
yeniazerbaycan.com

10Mənbələr