Bu gün Mərkəzi Seçki Komissiyasına rəsmi heç bir müraciət daxil olmayıb.
APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov qeyd edib ki, MSK-nın “Qaynar xətti”nə zənglər olub, onlar informativ xarakter daşıyır: “Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".