AZ

Daha 20 fələstinli saxlanılıb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı aralarında gənc qadın və uşaq olmaqla 20 fələstinlini nəzarətə götürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatının Əsir və Azad Edilən Nümayəndəliyi ilə Fələstin Əsirlər Dərnəyinin birgə bəyanatında İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində başlatdığı genişmiqyaslı hücumlar 6-cı gündür davam edərkən, indiyədək 130 fələstinlinin nəzarətə alındığı qeyd edilib. İsrail ordusunun avqustun 28-də işğal altındakı İordan çayının qərb sahilində başlatdığı genişmiqyaslı hücumlarda ən azı 29 fələstinlinin öldüyü, çox sayda insanın yaralandığı, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb. Bu müddətdə nəzarətə alınan fələstinlilərin sayının 10 min 400-ü keçdiyi, İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumlarında 681 nəfərin həyatını itirdiyi bildirilib.

Seçilən
76
sia.az

1Mənbələr