AZ

Azərbaycanda parlament seçkiləri azad, demokratik və rəqabətli keçdi - Sergey Markov

Bakı. Trend:

Azərbaycanda parlament seçkiləri qanunlara tam uyğun keçirilib,azad, demokratik, ədalətli və rəqabətli olub.

Trend xəbər verir ki,bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Markov Bakıdakeçirilən mətbuat konfransında deyib.

Onun fikrincə, seçkilər Azərbaycan xalqının iradəsini tam əksetdirib.

"Biz 15 seçki məntəqəsində olduq. Müşahidələrin nəticələrinəəsasən deyə bilərik ki, seçkilər azad və demokratik idi " - obildirdi.

O, bu seçkilərin bütün Azərbaycan ərazisində keçirildiyinə görətarixi olduğunu vurğulayıb.

"Mən ölkəni bu böyük geosiyasi qələbə münasibətilə təbrikedirəm", - o əlavə edib.

Markov həmçinin qeyd edib ki, müşahidəçilərin gələcək üçün birneçə tövsiyəsi var - seçki məntəqələrində bütün namizədlər haqqındaplakatların mövcudluğunu ciddi şəkildə izləmək, yerli müşahidəçilərüçün daha çox təlim keçirmək.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Məqalədə:
Seçilən
112
4
az.trend.az

5Mənbələr