Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisi üzərində daha bir Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Sentyabrın 2-də Moskva vaxtı ilə saat 14:30 radələrində Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Belqorod əyalətində yerləşən obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə hücum etməyə çalışıb. Lakın növbətçi hava hücumundan müdafiə sistemləri Ukrayna ordusuna məxsus puanı məhv edib”, - deyə məlumatda deyilir.