AZ

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Bakı, 2 senyabr, AZƏRTAC

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərin keçirilməsi məqsədilə təşkil edilən Seçki Komissiyasının iclası baş tutub.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Seçki Komissiyası İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyənləşdirilməsi, həmçinin seçki gününün təyin edilməsi məsələlərini müzakirə edib.

Bildirilib ki, iclas zamanı vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyinin daha da genişləndirilməsi, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində qurumun fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibinin genişləndirilməsi qərara alınıb və üzvlərinin say həddi 11 nəfər müəyyənləşdirilib.

Seçki Komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilərin keçirilməsini qərara alıb.

Seçilən
96
9
azertag.az

10Mənbələr