AZ

İraqda təhlükəsizlik qüvvələri ilə məzunlar arasında qarşıdurma olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İraqda təhlükəsizlik qüvvələri ilə Tibb Universitetinin məzunları arasında qarşıdurma baş verib.
Bu barədə Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilib ki, toqquşmalar zamanı 25-dən çox məzun yaralanıb.
Məlumata görə, İraqın baş naziri 60 min Tibb Universiteti məzununun işə götürülməsinə razılıq verdikdən sonra yüzlərlə tibb məzunu İraqın tibb mərkəzlərində işlə təmin olunmaq istəyib və Bağdadda nümayiş keçirib.
Qeyd olunub ki, nümayişlər zorakılığa çevrilib və İraq təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən və su şırnaqlarından istifadə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
50
oxu.az

10Mənbələr