AZ

Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil

Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil.

APA “interpressnews.ge”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Salome Zurabişvili Konstitusiyanı pozduqdan sonra faktiki olaraq Gürcüstanın Prezidenti deyil:

“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O özü Konstitusiya Məhkəməsinin legitimliyini ona qarşı iddia qaldıranda tanıyıb. Konstitusiya Məhkəməsi Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq qoruyub saxlamasının yeganə səbəbi (müxalif) "Milli Hərəkat"ı dəstəkmələsidir”.

Seçilən
26
25
apa.az

10Mənbələr