AZ

Ləğv prosesində olan daha bir bankın əmlakı - HƏRRACDA SATILIR

09 sentyabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  "Bank of Azerbaijan" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.

Ləğv prosesində olan bankların milyon manatlıq əmlakları hərraca çıxarılır - SİYAHI

FED.az xəbər verir ki, daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 3 ünvanında 0.0608 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105 kv.m olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 50 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
fed.az

1Mənbələr