AZ

Rusiyanın Poltavaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatdı

Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

 

Bundan başqa, 271 nəfər yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.

 

Xilasedicilər qeyd ediblər ki, təlim korpusunun altı mərtəbəli binasının dağıntıları altında beş nəfər ola bilər.

Seçilən
93
50
sfera.az

10Mənbələr