AZ

Pike "Barselona"nın Flikin rəhbərliyi altındakı çıxışından danışıb

"Barselona"nın sabiq müdafiəçisi Xerard Pike alman baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya klubunun oyunu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" Pikenin dediklərini belə çatdırıb:

“Hazırda işlər çox yaxşı gedir, Olmo kimi yeni gələnlər, eləcə də mövsümöncəsi məşq zamanı artıq çox şey sübut etmiş gənclər yaxşı nəticələr göstərdilər. Düşünürəm ki, Flikin komandası titullar uğrunda mübarizə aparmaq üçün kifayət qədər yüksək səviyyədədir”

Xatırladaq ki, hazırda İspaniya çempionatının turnir cədvəlində “mavi qranatlar” liderlik edir. Hans-Diter Flikin komandası La Liqanın ilk 4 turunda 12 xal toplaya bilib. Beşinci turda "Barselona" "Jirona" ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
5
90deqiqe.az

10Mənbələr