AZ

Gürcüstanın baş naziri: "Zurabişvili prezident deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Salome Zurabişvili ölkə konstitusiyasını pozduğuna görə faktiki olaraq Gürcüstanın prezidenti hesab olunmur.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.
"O, prezident deyil. Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O, Konstitusiya Məhkəməsinə qarşı iddia qaldırmaqla onun legitimliyini tanıyıb. Bu həmin Konstitusiya Məhkəməsidir ki, Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, onun konstitusiyanı pozan prezident olduğunu müəyyən edib. Salome Zurabişvilinin prezident postunu formal olaraq saxlamasının yeganə səbəbi Vahid Milli Hərəkat Partiyasının dəstəyidir".
Xatırladaq ki, Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin xaricə icazəsiz səfərləri ilə əlaqədar ölkənin əsas qanunlarını pozduğunu təsdiq etmişdi. S.Zurabişvili isə Konstitusiya Məhkəməsinin legitimliyini tanımadığını iddia etmişdi. Bundan sonra qadın siyasətçi Konstitusiya Məhkəməsi qarşısında iddia qaldırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
25
oxu.az

10Mənbələr