AZ

İcra məmurları qanunları necə pozur - Vətəndaşlar qorxudulur, intihar həddinə çatdırılır

Azərbaycanda Ədliyyə sisteminin zaman-zaman mükəmməlləşdiyi ilə bağlı ağızdolusu danışılsa da, vətəndaşlar bunun real şahidi ola bilmir. Daha dorğusu, insanlar bu sisteminin xidmətlərindən faydalanmaqda çətinlik çəkir, yaxud yararlana bilmir.

Yarım qalmış elektron sistemlər, aidiyyatı idarə və şöbə rəislərinin qurumun rəsmi saytında əlaqə nömrələrinin yoxluğu, 881 Qaynar Xətt Xidmətinin saatlarla müsiqi dinlətməsi, sonda səni rədd etməsi ən adi hallardandır. 

Bütün bunların fonunda nazirliyin tabeliyində fəaliyyət göstərən İcra Xidməti və onun rayon şöbələrindəki müdirlərin və əməkdaşların insanları təzyiq və qorxu altında salxması isə bir başqa bəladır.

Xüsusilı qeyd edim ki, Ədliyyə Nazirliyinin İcra Xidməti rəisi Vidadi Məmmədovdur və bu yeni təyinatdır. Hüquq sahəsində kifayyət qədər təcrübəyə malikdir və icra işlərini də lap əla bilir. Onun rəhbəri olduğu xidmətdə isə vəziyyət tamam fərqlidir.

Ondan başlayaq ki, Ədliyyə sistemi hər bir Azərbaycan vətəndaşının haqqını özünə qaytarmaq, onu qorumaq və ədaləti bərpa etmək üçündür. Bu sistemin tərkibində çalışan insanlar da hamıdan çox ədalətli və haqqı qoruyan olmalıdır, insanlara yalnız haqq-ədalət bəxş etməlidir.

Bu gün Azərbaycanda elə bir vətəndaş yoxdur ki, bankların və keyfiyyətsiz məhsulları ölkəyə müxtəqlif yollarla gətirən şirkətlərdən aldıqları məhsulların bəlasına düşməsin. Ölkənin yüzminlərlə vətəndaşı ya məhkəmələrdə, ya da icra şöbələrində ciddi problemlərlə üz-üzə qalıb.

Məhkəmələr banklardan və şirkətlərdən gələn müraciətlərə dərhal baxaraq qərarlar verir. Bir yandan da qiyabi və notarial qərarlar insanları intihar həddinə çatdırır.

Məhkəmələr borclu olmadan, onu dinləmədən, səbəbləri soruşmadan qərarlar çıxarır və dərhal icraya yönəldir. Ardınca isə icraçılar vətəndaşa zəng edərək icra şöbəsinə çağırır və ya "gəlməsəniz sizin barənizdə həbs, məcburi gətirilmə" qərarı çıxarılacaq deməklə qorxudur. Bu da olur qanunun tələbi və ya nəsə...

Beləmi olmalıdır?

Bu ədalətdirmi?

Hansı ki, hər bir borclunun məhkəmə qərarından şikayət etmə hüququ var və bu hüquqdan əlavə məhkəmədən, dövlətdən hüquqi yardım, məlumatlandırma və hətta vəkil istəmək hüququ var. İndi araşdırsaq görərik ki, əksər mulki məhkəmələr üçün dövlətdən hansısa hüquqi yardımlar, dəstəklər nəzərdə tutulub və buna görə, kimləırəsə pul da ödənilib. Adam guya huquqi dəstək verib. Amma vətəndaşın bundan xəbəri yoxdur və ona kimsə heç bir yardım etməyib. 

Qısası, məhkəmə borclu olmadan qəırar verir və icraya yönıldir. İcraçı da vətəndaşı qorxudub pulu almaq istəyir.  

Daha acınacaqlı vəziyyət icra söbələrində çalışanların insanlarla cinayətkar kimi davranmasıdır. Hansı ki, araşdırılsa rayon icra şöbələri müdirlərinin hansı əməllər sahibi olduğu ortaya çıxar və onlar süddən çıxmış ağ qaşıq deyillər.

Vətəndaşları intihar həddinə çatdıran başqa bir hal əmək haqqının 50 faizirinin tutulmasıdır. Təsəvvür edin, 5 nəfərlik ailənin yeganə gəlir mənbəyi olan 400 manat əmək haqqının 50 faizi icraçı tərəfindən tutulur. Bu isə ailəyə "get acından öl" deməkdən başqa bir şey deyil. İcraçıların hər gün həbslə, cəza ilə qorxudulduğu vətəndaş bir yandan da 5 nəfərlik ailəsini acından ölməsin deyə yollar axtarır. 

Hansı ki, qanunun tələbləri başqadır. Qanunlar vətəndaşları düşünülərək yazılır və onun tətbiqi dövlət qurumlarına aid edilir. 

İcraçıların əməllərindən belə çıxır ki, dövlət vətəndaşını düşünmür və ac qalması üçün əlindən gələni edir?

Axı qanunun tələblərində 20 faiz və daha sivil, razılaşdırılmış qaydalar var.  Bu gün yüzminlərlə ailə belə icra səbəbindən ağır duruma düşüb. Ədliyyə sistemi bununla ədalətimi bərpa edir, yoxsa vətəndaşın belinimi qırır? 

Buirdan ölkə başçısının etimad göstərib ədliyyə naziri təyin etdiyi Fərid Əhmədova müraciət edirəm! 

Ölkə başçısı İlham Əliyev sizi bu posta insanların pozulmuş hüquqlarını bərpa etmək, qorumaq  təyin edib.

Bir zəhmət icra xidməti sahəsində çalışan rəislərin, rayon şöbələrinin müdirlərinin və onların tabeliyində fəaliyyət göstərən icra məmurların fəaliyyətinə diqqət edin. Onlar vətəndaşlarla doğru rəftar etmir və yalnız nəyin bahasına olsun olsun, pul toplamaqla məşğuldurlıar. Qanunlar qalıb kənarda, bu adamların işi ancaq vətəndaşları qorxudaraq, bezdirərərək, onları intihar həddinə çaddırmağa qədər gətirirlər. 

Qanuni dövlətlərdə belə halılar ola bilməz. Əgər bu ölkədə qanunlar varsa, biz qanunların tələb etdiyi noirmalarla yaşamalıyıqsa o zaman  bu icraçılara dur deyin. 500-1000 manat borcu olan inmsanları bu pulu ödəmək üçün oğurluq etməyə, cinayət törətməyə, daha çətin durumlara düşməyə vadar etmək cinayətdir. İcra məmurları özlərini "lotu", bu ölkəni də oğru qanunları ilə idarə olunan nəsə hersab edir.

İcra məmurlarına "dur" deyin, onlar qanunları sözün həqiqi mənasında ciddi şəkildə pozurlar ki, bu da qurumun adına və fəaliyyətinə ciddi zərbə vurur.

Ardı var...
Ədil Hüseynov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
bizimxeber.az

10Mənbələr