AZ

İcma Fransadan Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına son qoymağı tələb edib

Bakı. Trend:

Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yolvermişdir. Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə bağlısentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquqsisteminə kölgə salmağa və “dağlıq qarabağ muxtar vilayəti”, “ətrafrayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazibütövlüyünə xələl gətirməyə cəhd göstərib.

Trend xəbər verir ki, bubarədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: "BMT Nizamnaməsi ilə üzərinədüşən de-kolonizasiya öhdəliklərini yerinə yetirməyən,neo-kolonializm siyasəti aparan və bununla da milyonlarla insanıntəməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağahaqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazibütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onunAzərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
20
az.trend.az

10Mənbələr