AZ

Bu ərazini əldə saxlamaq niyyətindəyik - Netanyahu

İsrail Qəzza zolağının Misirlə sərhədindəki Filadelfiya dəhlizinə nəzarəti saxlamaq niyyətindədir, çünki bu, anklavda saxlanılan girovların azad edilməsinə şərait yaradır.

Axar.az xəbər verir ki, bu açıqlamanı İsrailin Baş naziri Benyamin Netanyahu verib.

O bildirib ki, 2023-cü ilin noyabrında girovların ilk qrupunun azad edilməsi İsrailin HƏMAS hərəkatının silahlı qüvvələrinə hərbi təzyiqi nəticəsində mümkün olub:

“Əgər biz Rəfahı, Filadelfiya dəhlizini tərk etsək, daha təzyiq olmayacaq. Biz girovları geri ala bilməyəcəyik".

Eyni zamanda o, etiraf edib ki, gələcəkdə İsrail öz qoşunlarının bu ərazidən çıxarılmasına razılıq verə bilər.

Seçilən
172
36
axar.az

10Mənbələr