AZ

Ermənistanda nazirlikdə nərdi kim oynayır? - Bahalı nərd qalmaqalı

Ermənistanın İqtisadiyyat Nazirliyi “Handl” MMC-dən 126 min dram (təqribən 555 manat) dəyərində nərd alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti yazıb. 

Nazirlik medianın suallarına cavabında bildirib ki, alqı-satqı yüksək rütbəli xarici rəsminin Ermənistana səfəri zamanı nazir müavininin təqdim edəcəyi nümayəndəlik xərcləri çərçivəsində həyata keçirilib.

"Nazirə hədiyyənin dəyəri barədə əvvəlcədən məlumat verilməyib və o, məlumatlandırıldıqdan sonra yüksək qiymətli hədiyyələrin verilməsini yolverilməz hesab etdiyi üçün xidməti araşdırma aparılmasına göstəriş verib. Onu da qeyd edək ki, xərclənən pullar artıq dövlət büdcəsinə qaytarılıb", - məlumatda qeyd olunub. 

Məlum olub ki, iqtisadiyyat nazirinin müavini nazirə məlumat vermədən dövlət büdcəsindən ayrılan pulla bahalı hədiyyələr alıb və nazirin təzyiqindən sonra həmin hədiyyənin məbləğini dövlət büdcəsinə qaytarıb.

Ağarza Elçinoğlu 

Seçilən
152
27
unikal.az

10Mənbələr