AZ

Hematologiya Simpoziumu 2024: Leykemiyalarda son yeniliklər və gələcək perspektivlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın hematologiya mütəxəssisləri Beynəlxalq Leykemiya gününə həsr olunmuş Hematologiya Simpoziumunda bir araya gəliblər. 4 Sentyabr 2024 tarixlərində "Baku Medical Plaza"nın Babək filialında keçirilən simpozium, leykemiya mövzusunda son inkişafları, yenilikləri və tətbiq sahələrini müzakirə etmək üçün mütəxəssisləri və peşəkarları bir araya gətirib.
Simpozium aşağıdakı əsas mövzular ətrafında baş tutub:
- Qan xərçənglərinin erkən diaqnozu və müalicə üsulları;
- Genetik və molekulyar biologiya sahəsindəki yeniliklər;
- Klinik tətbiqlərdə qarşılaşılan çətinliklər və həll yolları;
- Yeni müalicə yanaşmaları;
- ⁠Qan transfuziyaları və xəstə baxımı.
"Bu ilki simpozium hematologiya sahəsindəki ən son elmi inkişafları və klinik tətbiqlərdəki yenilikləri müzakirə etmək üçün əla bir platforma oldu. İştirakçılar sahənin öncül mütəxəssislərindən məlumat əldə etdi və öz təcrübələrini paylaşmaq imkanı qazandılar", - deyə Təşkilat Komitəsinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri TÜFD. Dr. Valeh Hüseynov bildirib.
Simpozium həm hematoloqlar, həm də digər mütəxəssislər və tibb bacıları üçün faydalı olub, İştirakçılar multidisiplinar yanaşmalar və qlobal tədqiqatlar barədə məlumat əldə ediblər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
35
oxu.az

10Mənbələr