İsrail ümid etməməlidir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinə cavab verə bilməyəcək.
HİT.az Press TV telekanalına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi deyib.
"Sionist rejim (İsrail-red.) İranın bu vəhşiliyə reaksiya verməyəcəyini xəyal etməməlidir", deyə rəis müavini vurğulayıb.
Hərbçinin sözlərinə görə, İran İsrailin addımlarına cavab vermək üçün bütün imkanlarından istifadə etmək əzmini artıq sübut edib.
Xatırladaq ki, Fələstinin HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahında öldürülüb. Haniyyənin qaldığı iqamətgah idarə olunan raketlə vurulub. O, Tehrana İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün səfər etmişdi.
Hücumdan dərhal sonra İran İsraili ittiham edib və qisas alacağını bildirib. Həmin vaxtdan İranın İsrailə hücum tarixi ilə bağlı bir neçə informasiya yayılsa da, hələ də baş verməyib. Bəzi mənbələr İranın İsrailə birbaşa hücum edəcəyini, bəzi mənbələr isə proksi qüvvələri vasitəsi ilə qisas almağa çalışacağını iddia edir.
Samir